Nush Catering
“Nush Catering” şirkəti nahar zamanı işçiləri yeməklə təmin etməklə yanaşı, kofe breyk və furşetlərin yüksək səviyyədə təşkili ilə seçilir. Furşetlərin və kofe breyklərin çox qısa zamanda təşkil olunması isə dəqiq və profesional mütəxəssislərin işgüzarlığı sayəsində həyata keçirilir. Treninq, seminar, konfrans zamanı isti və soyuq içkilər, kanape, şirniyyat, isti və soyuq qəlyanaltı və meyvədən ibarət kofe-breyk xidməti masa dekorunu da özündə əks etdirir. Tədbir zamanı kofe-breyk masaları, qab-qacaq, ofisiant və xadimə xidməti şirkətimiz tərəfindən təqdim edilir.
Nush Catering
Vacib günlərdə yığıncaqlar zamanı tədbirin təşkilini öz üzərinə götürən Nush Catering şirkəti işinə məsuliyyətli yanaşır. Zal dekoru (istənilən üslübda), isti və soyuq yeməkləri, spirtli və spirtsiz içkilərin, şirniyyatların təqdimatı qonaqlarınızı təəccübləndirəcək. Açıq havada, bağ evində barbekyu təşkili zamanı təmiz və keyfiyyətli ət məhsullarından istifadə etməyimiz yeməklərimizin dadlı olmasına zəmanət verir.
Tədbir zamanı diqqətli, gülərüz personalın keyfiyyətli xidməti isə hər bir qonağın məmnuniyyətinə zəmanət verir.